Arne Slot “Liverpul”dan istefa verdi
Arne Slot İngiltərənin “Liverpul” futbol klubunun baş məşqçisi postundan istefa verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub artıq yeni baş məşqçi axtarışına başlayıb.
Slot “Liverpul”a 2024-cü ilin yayında rəhbərlik etməyə başlamış və debüt mövsümündə komandanı İngiltərə çempionu etmişdi.
Buna qədər 47 yaşlı mütəxəssis yalnız vətəni Niderlandda çalışıb. O, “Kambür”, AZ və “Feyenoord” klublarında fəaliyyət göstərib. “Feyenoord” onun rəhbərliyi altında Niderland çempionluğu və ölkə kubokunu qazanıb.
2025/26 mövsümünü isə “Liverpul” İngiltərə çempionatının turnir cədvəlində 5-ci yerdə başa vurub.