Dopinqdən istifadə edən güləşçimizə 4 illik cəza verildi
Güləşçi Sabir Cəfərov antidopinq qaydalarını pozduğu üçün cəza alıb.
Denmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.
Bildirilib ki, nümunəsində qadağan edilmiş maddənin mövcudluğu və istifadəsinə görə o, 4 il müddətinə diskvalifikasiya edilib.