Ronaldo zədələndi: Al-Nəsrdə narahatlıq başladı
Səudiyyə Ərəbistanının Al-Nəsr klubu sosial şəbəkə X platformasında rəsmi açıqlama yayıb. Bildirilib ki, Kriştianu Ronaldo son turda aldığı zədə səbəbindən əzələ zədəsi və vətər qopması diaqnozu alıb. Portuqaliyalı ulduzu indi müalicə və bərpa prosesi gözləyir.
Zədə Səudiyyə Pro Liqasının 24-cü turunda keçirilən Al-Nəsr – Al-Feyha qarşılaşmasından sonra müəyyən edilib. Ev sahiblərinin 3 1 hesablı qələbəsi ilə bitən matç Ronaldo üçün uğursuz keçib. Oyun zamanı portuqaliyalı futbolçu həm 11-ci dəqiqədə təyin olunan penaltini qaçırıb, həm də zədə səbəbindən matçı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalıb.
Ronaldo start heyətində meydana çıxsa da, zədə səbəbindən meydanda cəmi 81 dəqiqə oynaya bilib.
Hazırda 40 yaşlı hücumçunun tibbi nəzarət altında bərpa prosesi başlayıb. Bu səbəbdən onun komandanın yaxın oyunlarında iştirak edib etməyəcəyi sual altındadır. Futbolçunun meydanlara dəqiq nə vaxt qayıdacağı isə hələ açıqlanmayıb.