ABŞ İrana yeni zərbələr endirdi: 49 “Tomahawk” raketi buraxıldı
ABŞ İrana qarşı yeni zərbə dalğası zamanı 49 ədəd “Tomahawk” qanadlı raketindən istifadə edib. Bunu Fox Newsa ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, hədəflərin bir hissəsi Tehrandan təxminən 65 kilometr məsafədə yerləşib.
Məlumatda başqa təfərrüatlar açıqlanmayıb.
Zərbələrin nəticələri və mümkün dağıntılar barədə hələlik məlumat yoxdur.