İran ordusundan sərt bəyanat: İsrailin sonu yaxınlaşır
İran ordusu İsrailin məhv edilməsinin “yaxın” olduğunu bəyan edib. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Bəyanatda bildirilir ki, “sionist rejimin məhv edilməsi və Fələstin ərazisində bütün din və məzhəblərin təmsil olunduğu müstəqil Fələstin dövlətinin yaradılması yaxın gələcəkdə mümkündür.”
Bundan əvvəl İran ABŞ-ı da xəbərdar edərək Yaxın Şərqdə genişmiqyaslı enerji böhranı və elektrik kəsintiləri yarada biləcəyini bildirmişdi.
Eyni zamanda İranın yeni ali lideri Muctəba Xamenei açıqlamasında vurğulayıb ki, ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan iranlıların qisasından Tehran geri çəkilməyəcək.
İran xalqının qanı yerdə qalmayacaq və ölkə bu hücumlara görə qisas almaq niyyətindən imtina etməyəcək.