Bakının Suraxanı rayonunda yaşayış binasında yanğın baş verdi
Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayış binasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.