İstanbulda iki tramvay toqquşdu – 11 nəfər yaralandı
İstanbulda iki tramvayın toqquşması nəticəsində azı 11 nəfər xəsarət alıb.
Hürriyet nəşrinin məlumatına görə, hadisə şəhərin Zeytinburnu rayonunda, T1 tramvay xəttində baş verib.
İlkin məlumata əsasən, təxminən saat 20:15-də Pazartekke və Topkapı stansiyaları arasında iki tramvay üz-üzə toqquşub. Hadisə nəticəsində yaralanan şəxslər xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırmaya başlanılıb. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar müəyyənləşdirilir.