Zavodda bədbəxt hadisə: 40 yaşlı işçini cərəyan vurdu
Bakıda poladtökmə zavodunda ölümlə nəticələnən hadisə baş verib.
Hadisə Binəqədi rayonu, Binəqədi şosesi 57 ünvanında fəaliyyət göstərən poladtökmə zavodunda qeydə alınıb.
Zavodda çalışan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Mərdan Balaxan oğlu Əhmədovu elektrik cərəyanı vurub.
O, hadisə nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.