Bakıda ata azyaşlı övladını motosikletdə təhlükəyə atdı
Bakıda azyaşlı övladını təhlükəsizlik qaydalarını pozaraq motosikletdə daşıyan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin motosikletin dövlət qeydiyyat nişanı 99-R-408 olub.
Motosikleti idarə edən şəxsin 1990-cı il təvəllüdlü kişi olduğu bildirilib.
Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində hüquqi məsuliyyət tədbirləri görülür.