Culfada yanğın: ana və oğlu yaralandı
Culfa şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alanların kimliyi və son vəziyyətləri açıqlanıb.
DenMedia.az naxçıvanxəbərləri.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Zeynalov Emil Cəfər oğlu xəsarət alıblar.
Yaralılar ilkin olaraq Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə vəziyyətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına təxliyə ediliblər.
Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.