Pakistanda fırtına evləri və infrastrukturu dağıtdı: 4 nəfər öldü, 60 nəfər yaralandı - VİDEO
Pakistanın Sindh əyalətində güclü toz fırtınası nəticəsində 1-i uşaq olmaqla 4 nəfər həlak olub, 60 nəfər yaralanıb.
Fırtına zamanı ağaclar, divarlar və günəş panelləri aşıb. Çox sayda evə və infrastruktura ziyan dəyib.
Pəncab əyalətində də elektrik xətlərinin sıradan çıxması nəticəsində genişmiqyaslı elektrik kəsintiləri baş verib. Bundan başqa, M-5 avtomagistralı nəqliyyatın hərəkəti üçün bağlanıb.
Hazırda zərər çəkən bölgələrdə yardım və xilasetmə işləri davam etdirilir.