Gəncədə yolu keçmək istəyən 71 yaşlı qadını maşın vurub
Gəncədə 71 yaşlı qadını avtomobil vurub.
Denmedia.az-ın yerli bürpsu xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində, avtomobil ehtiyat hissələri satılan mağazanın yaxınlığında qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən 1955-ci il təvəllüdlü D.Muradovanı "Mercedes" markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən təcili tibbi yardım biriqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
nizami