Uşaq bağçasının həyətində meyit tapıldı
Şəkidə uşaq bağçasının həyətində meyit tapılıb.
Hadisə şəhərin Bağbanlar küçəsində qeydə alınıb.
46 yaşlı Rövşən Əlövsət oğlu Cəlilovun meyiti işlədiyi uşaq bağçasının həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Araşdırma aparılır.