İsveçrə aviaşirkətinin təyyarəsi təcili eniş etdi
İsveçrənin SWISS aviaşirkətinə məxsus təyyarə qəza siqnalı verdikdən sonra Almatıya uğurla eniş edib. Bu barədə Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu “İnterfaks”a məlumat verib.
Airbus A350-941 təyyarəsi Seuldan Sürixə uçuş həyata keçirirdi. Ekipaj Qazaxıstan ərazisi üzərində uçarkən fövqəladə siqnal göndərib.
Hazırda insidentlə bağlı əlavə detallar açıqlanmayıb.