Təhsil ocağında dəhşət - yeniyetmə sinif yoldaşını yandırdı
Bakıdakı 286 nömrəli məktəbdə ağır insident baş verib. İlkin məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə aralarında yaranan münaqişə zəminində 2011-ci il təvəllüdlü şagirdin üzərinə spirt tökərək onu yandırıb.
Hadisə ilə bağlı saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Zərərçəkən şagird Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə yerləşdirilib. Ona bədənin müxtəlif nahiyələrinin II–III dərəcəli termiki yanığı diaqnozu qoyulub.
Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti isə ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.