Mehdiabadda ağır toqquşma: sürücü ölümün bir addımlığından qayıtdı - VİDEO
Abşeron rayonu, Mehdiabad qəsəbəsində ağır yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Müəyyən olunub ki, “Azsamand” markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol qəzası olub və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə sürücü, 31 yaşlı Mahmudov Fikrət Habil oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.