Sumqayıtda güclü partlayış: Yaşayış binası sirkələndi-VİDEO
Sumqayıt şəhərinin 15-ci məhəlləsində partlayış baş verib.
Denmedia.az xəbər verir ki, hadisə yaşayış binasının həyətində qeydə alınıb və ərazidə təşvişə səbəb olub.
Partlayışın baş verdiyi əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
İlkin ehtimallara görə, hadisəyə yeraltından keçən elektrik naqillərində baş verən qısa qapanma səbəb olub. Partlayışın dəqiq səbəbləri hazırda araşdırılır.
Ellada Rəsul
Denmedia.az
nizami