Belçikanın Liege şəhərində sinaqoq yaxınlığında partlayış baş verdi
Belçikanın Liege şəhərində naməlum şəxslər sinaqoqun yaxınlığında partlayış törədiblər.
VRT-nin məlumatına görə, xəsarət alan olmayıb, lakin binaya ziyan dəyib — şüşələr sınıb. Şəhərin meri Villi Demeyer baş verəni antisemitizm aktı adlandırıb.
“Qəbuledilməzdir ki, xaricdəki münaqişələr şəhərimizə daşınır.”
Hadisənin araşdırılmasını yerli polisin antiterror bölməsi üzərinə götürüb. Ərazi mühasirəyə alınıb, küçədə hərəkət dayandırılıb.