Göygöldə ağır yol qəzası: Çoxlu sayda yarlı var...
Göygöldə avtomobillər toqquşub, 3 nəfər xəsarət alıb
Denmedia.az xəbər verir ki, adisə Göygöl şəhərində qeydə alınıb.
"Chevrolet" və "VAZ-21021" markalı avtomobillərin toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Ə.İsmayılov, 2005-ci il təvəllüdlü A.Rüstəmov və 1984-cü il təvəllüdlü K.Nəcəfov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
TƏBİB-dən bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq 3 nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
nizami