Gəncədə valideynlər 13 yaşlı qızdan imtina etdi- Dövlət Komitəsi hadisəni nəzarətə götürdu
Gəncə şəhərində səhhətində problem yarandığından 13 yaşlı qız nənəsi tərəfindən Gəncə Birləşmiş Uşaq Xəstəxanasına gətirilib. Daha sonra ona baxa bilmıdiyini uşaq evinə vermək istədiyini bildirib.
Bu barədə Denmedia.az-a hadisə şahidləri məlumat verib.
Məsələ ilə bağlı xəstəxana əməkdaşları aidiyyəti qurumlara məlumat verib.
Uşağın nənəsinin bildirdiyinə görə, 13 yaşlı nəvəsindən öncə atası sonra isə anası imtina edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bununla bağlı bildirilib ki, məsələ aidiyyəti dövlət qurumlarının nəzarətindədir və vəziyyət diqqətlə araşdırılır.
"Hazırda azyaşlı Gəncə Birləşmiş Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilir. Onun sağlamlıq və psixoloji vəziyyəti qiymətləndirildikdən sonra, qanunvericiliyin tələblərinə uyğun şəkildə dövlət uşaq müəssisəsinə yerləşdirilməsi təmin olunacaq. Əsas məqsəd uşağın təhlükəsizliyinin, sağlam inkişafının və sosial rifahının qorunmasıdır. Müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir və proses nəzarətdə saxlanılır" - deyə, açıqlamada qeyd olunub.
Ellada Rəsul
Denmedia.az
nizami