Gəncədə 2 mərtəbəli yaşayış binasında yanğın olub
Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli takta konstruksiyalı yaşayış binasında olan mənzillərin birində yanğın olub.
Denmedia.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Hadisə nəticəsində mənzilin 40 kvadratmetrlik sahəsi və içərisində olan əşyaları yanıb.
Qeyd edək ki, hadisə zamanı bina sakinləri təxliyə olunub, xəsarət alan olmayıb. Yanğının başverdiyi mənzil isə kirayədə olub.



nizami