Şirvanda avtomobillər toqquşdu - yaralılar var
Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.
DenMedia.az report-a istinadən xəbər verir ki, Məlumata görə, iki avtomobilin toqquşması zamanı Şirvan sakinləri — Rüfət Əmraxov (1991), Fatimə Quliyeva (2010), Aynurə Şatayeva (1984) və İsmayıl Şatayev (2004) müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onlardan üçü tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.