İstanbulda iki bina çökdü - dağıntılar altında insanlar var
İstanbulun Fatih rayonunda iki azmərtəbəli bina uçub, dağıntılar altında insanların olduğu bildirilir.
TRT telekanalının məlumatına görə, hadisə yerində xilasedicilər və həkimlər fəaliyyət göstərir.
Dağıntılar altından 3 nəfər sağ çıxarılıb, hazırda isə daha 2 nəfərin axtarışı davam edir.
İlkin məlumata əsasən, uçqunun səbəbi qaz partlayışı olub.