Sumqayıtda yaşayış binasında partlayış baş verdi: iki nəfər yaralandı
Sumqayıt şəhərində mənzildə partlayış baş verib.
DenMedia.az report-a istinadən xəbər veri ki, hadisənin şəhərin 47-ci məhəlləsi ərazisində yerləşən yaşayış binalarından birində qeydə alındığı bildirilir.
Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Elçin Vəryət oğlu Verdiyev və 1973-cü il təvəllüdlü İxtiyar Ağayar oğlu İxtiyarov xəsarət alıblar.
Yaralanan şəxslər dərhal xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.