Xaçmazda 8-ci sinif şagirdi anemiya səbəbindən həyatını itirdi
Xaçmazda 8-ci sinif şagirdi vəfat edib.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, Xudat şəhər Nəriman Nərimanov adına 2 saylı tam orta məktəbin 8Ç sinif şagirdi Fatimə Zəkiyeva dünyasını dəyişib.
Onun uzun müddət davam edən aplastik anemiya xəstəliyindən sonra martın 8-i dünyasını dəyişdiyi bildirilir.
O, bu gün dəfn olunub.