Sumqayıtda 64 yaşlı kişi güllə yarasından ölüb-FOTO
Sumqayıt şəhərində ağır cinayət hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, Şəhər sakini, 64 yaşlı Qılman Nəcəfov yaşadığı evin qarşısında güllə yarası alaraq ölüb.
Hadisə axşam saatlarında qeydə alınıb. İlkin məlumata görə, Qılman Nəcəfov evinin qarşısında olduğu zaman odlu silahdan atəş açılıb. O, aldığı güllə yarasından hadisə yerində həyatını itirib.
Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib, faktla bağlı araşdırmalara başlanılıb.
nizami