Qətərdə SEPAH-la bağlı casus şəbəkəsi ifşa edildi
Qətərin Dövlət Təhlükəsizliyi Xidməti İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğu bildirilən casus şəbəkəsini ifşa edib. Bu barədə Qatar News Agency məlumat yayıb.
Məlumata görə, ümumilikdə “İki kamera”nın üzvü olan cəmi 10 nəfər saxlanılıb.
Saxlanılanlardan 7 nəfər Qətərin hərbi və strateji infrastruktur obyektləri barədə məlumat toplamaqda şübhəli bilinir. Digər 3 nəfərin isə pilotsuz uçuş aparatlarından istifadə etməklə diversiya hazırladığı iddia olunur.
Aparılan axtarışlar zamanı saxlanılan şəxslərin üzərindən Qətərin mühüm obyekt və qurğularının koordinatları aşkar edilib. Təhlükəsizlik xidmətinin məlumatına görə, şübhəlilər SEPAH ilə əlaqələrini etiraf edib və onlara casusluq və təxribat əməliyyatları tapşırıldığını bildiriblər.
Bu ifşa İran, ABŞ və İsrail arasında gərginliyin kəskin artdığı bir dövrdə baş verib. Son günlər regionda proiran qrupların BƏƏ, Səudiyyə Ərəbistanı və Küveytdə bəzi obyektlərə hücum etdiyi də qeyd olunur.