Bakının məşhur klinikasında gərgin anlar yaşandı
"Bu gün saat 13:50 radələrində Baku Medical Plaza klinikalar şəbəkəsinin Babək filialında qısaqapanma nəticəsində tüstülənmə hadisəsi qeydə alınıb. Tüstülənmə klinikanın birinci mərtəbəsində yerləşən boş həkim otaqlarından birində baş verib".
DenMedia.az xəbər verir ki, bu barədə Baku Medical Plaza klinikalar şəbəkəsindən açıqlama verilib.
Bildirilib ki, hadisə baş verdiyi andan etibarən klinikanın daxili təhlükəsizlik və fövqəladə vəziyyət protokollarına uyğun olaraq operativ tədbirlər görülüb, tüstülənmə mənbəyi tam nəzarət altına alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda klinika fəaliyyətini adi rejimdə davam etdirir və tibbi xidmətlərin göstərilməsində hər hansı fasilə yaranmayıb.