Təbii fəlakət Əfqanıstanı vurdu: onlarla ölən və yüzlərlə dağılan ev
Əfqanıstanda son üç gün ərzində güclü qar yağışı və leysan xarakterli yağışlar nəticəsində 61 nəfər həlak olub.
Bu barədə Əfqanıstanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi (ANDMA) məlumat yayıb. Bildirilir ki, daha 110 nəfər yaralanıb, 458 ev isə qismən və ya tamamilə dağılıb.
İlkin məlumatlara əsasən, tələfat və dağıntılar çərşənbə günündən cümə gününədək olan dövrdə, əsasən ölkənin mərkəzi və şimal vilayətlərində qeydə alınıb. Məlumatlar dəqiqləşdirilir.