Sumqayıtda metal tullantılarının qəbulu sahəsində gücülü yanğın olub-Hadisə yerindən FOTOLAR
Sumqayıt şəhərində güclü yanğın hadisəsi qeydə alınıb.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin mərkəzi hissələrindən biri olan Azərbaycan prospektində yerləşən sexlərin birində baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumata görə, yanğın barədə məlumat daxil olan kimi dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
İlkin məlumata əsasən, yanğın metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş verib. Alovun qısa müddətdə genişlənmə riski yaratmasına baxmayaraq, yanğınsöndürənlərin operativ və peşəkar müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb. Hadisənin ətraf ərazilərə, xüsusilə də yaxınlıqdakı digər sexlərə və obyektlərə keçməsinin qarşısı vaxtında alınıb.
Yanğın zamanı ərazi tam nəzarətə götürülərək, yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub. Qısa müddətdə alov tam söndürülüb və soyutma işləri aparılıb.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır. Fakt üzrə müvafiq qurumlar tərəfindən yanğının dəqiq səbəbləri və dəymiş maddi ziyanın həcmi müəyyənləşdirilir.










Ellada Rəsul
Denmedia.az
nizami