İsmayıllıda DƏHŞƏT: Qadın sürücü elə bir qəza törətdi ki...-FOTOLAR
İsmayıllı rayonunun Qurbanəfəndi kənd yolunda quraşdırılan körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, qadın sürücü avtomobili idarə edərkən sükanı itirib və nəqliyyat vasitəsi körpünün yan dirəyinə çırpılıb.
Qəza nəticəsində avtomobil güclü zərbə alaraq ciddi şəkildə zədələnib, bəzi hissələri kuzadan qoparaq 5–7 metr məsafəyə səpələnib. Hadisə zamanı sürücü — 2000-ci il təvəllüdlü Mürsəliyeva Təhminə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı sürücü təcili tibbi yardım briqadası tərəfindən İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.




Rafiq Həsənov
Denmedia.az
nizami