Sumqayıtda 36 yaşlı kişi bıçaqlanıb – şübhəli şəxs hadisə yerindən qaçıb
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Denmedia.az-ın məlumatına görə, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Abdulov Seymur Camal oğlu tanışı ilə aralarında yaranan mübahisə zamanı bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyata alınıb. Hazırda yaralının vəziyyətinin stabil olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hadisə yerindən qaçıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. Şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nizami Rəsulov
Denmedia.az
nizami