Saray qəsəbəsində 2 otaqlı ev yandı
Abşeron rayonunun Saray qəsəbəsində yanğın olub.
Bu barədə DenMedia.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sahnaz