Tramp Ukraynaya “Patriot”un tam versiyasını vermək istəmir
ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün lisenziyaların verilməsi ehtimalına münasibət bildirib.
RIA Novosti-nin məlumatına görə, jurnalist Trampdan Ukrayna Prezidenti Volodimir Zelenskinin “Patriot” sistemləri və onların istehsalı üçün lisenziyalar alıb-almayacağını soruşub.
Tramp isə qısa cavab verib:
“Daha az təkmilləşdirilmiş versiyanı.”
Beləliklə, ABŞ lideri Ukraynaya “Patriot” sistemlərinin tam imkanlara malik ən yeni variantının deyil, daha sadə və məhdudlaşdırılmış versiyasının verilə biləcəyinə işarə edib.