Uzunmüddətli aviuçuşlar qadınlar üçün nə ilə təhlükəlidir? - FOTO
Üç saatdan çox davam edən aviareyslər qan laxtalanması riskini yüksəldə bilər. Bu təhlükə xüsusilə hormonal preparatlar və ya kontraseptivlər qəbul edən qadınlar üçün daha yüksəkdir.
Bu barədə terapevt Elina Aranoviç RİAMO-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, uzun müddət oturaq vəziyyətdə qalmaq qan dövranını zəiflədir. Nəticədə ayaqlarda ağırlıq, şişkinlik və tromb yaranması riski arta bilər.

Aranoviç uzunmüddətli uçuşlar zamanı kompressiya corablarından istifadə etməyi və mütəmadi olaraq qısa hərəkətlər etməyi tövsiyə edib.
Onun sözlərinə görə, hündürlük fərqi səbəbindən qanda oksigen səviyyəsinin azalması xroniki dəmir çatışmazlığı və ya klimakterik sindromu olan qadınların vəziyyətini də ağırlaşdıra bilər.

Həkim uçuş zamanı daha çox su içməyi, qəhvə və alkoqoldan uzaq durmağı məsləhət görüb. Bu tədbirlər dəri və selikli qişalarda quruluğun qarşısını almağa kömək edə bilər.