Tikilməkdə olan atom stansiyası vuruldu: İran ABŞ-ni “qəddar hücumda” günahlandırdı
İranın Xuzistan əyalətində tikilməkdə olan Darxovin Atom Elektrik Stansiyasının ABŞ tərəfindən vurulduğu iddia edilib.
Bu barədə İranın Atom Enerjisi Təşkilatının bəyanatına istinadən ölkənin dövlət teleradiosu məlumat yayıb.
Bəyanatda ABŞ-nin tikilməkdə olan atom elektrik stansiyasına bir neçə mərmi ilə zərbə endirdiyi bildirilib.
“ABŞ Darxovin Atom Elektrik Stansiyasına hücum edərək beynəlxalq hüquqa zidd təcavüzkar və qəddar addım atıb”, – təşkilatın açıqlamasında qeyd olunub.
İran tərəfi hücumu beynəlxalq norma və hüququn pozulması kimi qiymətləndirib.
Hadisənin stansiyaya vurduğu ziyanın miqyası və mümkün fəsadları barədə hələlik ətraflı məlumat verilməyib.