Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi
ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında İranı Birləşmiş Ştatlarla əldə olunan atəşkəs rejimini pozmaqda ittiham edib.
Trampın sözlərinə görə, İran dronları Hörmüz boğazından keçən gəmilərə hücum edib. Hələlik ABŞ prezidentinin Tehrana qarşı hər hansı birbaşa hədəsi səslənməyib.
“İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd kamikadze-dron buraxıb. Əlbəttə, bu, atəşkəs razılaşmamızın çox ağılsız şəkildə pozulmasıdır”, — deyə Tramp bildirib.
O əlavə edib ki, pilotsuz uçuş aparatlarından biri yük gəmisini vurub, lakin gəmi yoluna davam edə bilib. Trampın sözlərinə görə, digər üç dron vurularaq zərərsizləşdirilib.