Bəhreyndə vətəndaşlara təhlükəsiz bölgələrə getmək çağırışı edildi
Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə həyəcan siqnallarının səsləndiyini açıqlayaraq əhalini təhlükəsiz yerlərə getməyə çağırıb.
Nazirlik X sosial şəbəkəsindəki hesabında ölkə üzrə həyəcan siqnallarının işə düşdüyünü bildirib.
Açıqlamada vətəndaşlardan sakit olmaları, ən yaxın təhlükəsiz yerə üz tutmaları və məlumatları yalnız rəsmi kanallardan izləmələri istənilib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Prezidenti Donald Trampın göstərişi ilə İranda bir sıra hədəflərə qarşı “özünümüdafiə məqsədli” zərbələrə başladığını açıqlamışdı. ABŞ-ın hücumlarının hədəfi İranın cənub bölgələri olub.
İran İnqilab Keşikçiləri Korpusu isə ABŞ-ın hücumlarına cavab olaraq Küveyt və Bəhreyndəki bazalarda ABŞ-a məxsus bəzi obyektləri hədəfə aldıqlarını bəyan etmişdi.