Nigeriyada vəba epidemiyası can almağa davam edir
Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında mayın əvvəlindən bəri vəba epidemiyası səbəbindən azı 37 nəfər ölüb, 3 mindən çox yoluxma halı qeydə alınıb.
Bu barədə Punch qəzeti yerli səhiyyə orqanlarına istinadən məlumat yayıb.
Hazırkı epidemiya bölgədə ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət kimi qiymətləndirilir.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiya ştatın 36 rayonunu əhatə edib. Əsas ocaq isə inzibati mərkəz olan Mayduquri şəhəridir. Yoluxma hallarının yarıdan çoxu məhz burada qeydə alınıb.
Nigeriya beynəlxalq tərəfdaşlarla birlikdə xəstəliyin yayılmasının qarşısını almaq üçün resursları artırır. Hakimiyyət su təchizatı və gigiyena sistemlərini yaxşılaşdırır, həmçinin infeksion mərkəzləri pasiyent axınına hazırlayır.