Tramp İrandakı müharibəni “ekskursiya” adlandırdı
Donald Tramp Vyetnam və Əfqanıstan müharibələri fonunda İrandakı müharibəni “ekskursiya” adlandırıb.
ABŞ prezidenti Truth Social sosial şəbəkəsində son onilliklərdə ABŞ-nin hərbi kampaniyalarının müddətini göstərən infoqrafika paylaşıb.
Vay! Bu cədvələ baxın! — deyə Ağ ev sahibi yazıb.
Qrafikdə müxtəlif müharibələrin həftələrlə davametmə müddətini əks etdirən diaqram yerləşdirilib. Burada Vyetnam, İraq, Əfqanıstan müharibələri, həmçinin İkinci Dünya müharibəsi və yüz həftədən çox davam edən digər iri münaqişələr göstərilib.
Siyahının sonunda qırmızı rənglə “İranda ekskursiya” adlı əlavə sətir ayrılıb və onun qarşısında altı rəqəmi qeyd olunub.