İran zədələnmiş neft obyektlərini bərpa etməyə başladı
"İran İsrail və ABŞ-nin iştirakı ilə baş verən hərbi əməliyyatlar zamanı zədələnmiş neft-qaz sənayesi obyektlərinin bərpasına başlayıb".
Bunu İranın neft naziri Möhsün Paknejad dövlət televiziya və radio şirkətinə açıqlamasında deyib.
40 günlük müharibə zamanı neft sənayesi obyektlərinə ziyan dəyib və zərbələr endirilib. Gündəlikdə duran məsələ onların ən qısa müddətdə bərpasıdır. Bu günədək proses lazımi qaydada irəliləyib, — deyə nazir bildirib.