Hörmüz sammitindən iki əsas fiqur kənarda qaldı
NATO-nun baş katibi Mark Rüttenin Hörmüz boğazının blokdan çıxarılması ilə bağlı məsələnin sülh yolu ilə həllinə maraq göstərmədiyi üçün onun və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin bu mövzuya həsr olunmuş sammitə dəvət edilmədiyi iddia olunur.
Bu barədə NEWS.ruya açıqlamasında Avrasiya Tədqiqat və İnkişaf Mərkəzinin kollegiya sədri, İzborsk klubunun eksperti Yuri Samonkin bildirib.
Ekspertin sözlərinə görə, Avropa rəsmiləri daha çox ABŞ və Böyük Britaniyanın maraqlarını irəli aparır, bu isə İranın suveren mövqelərinin zəifləməsi anlamına gələ bilər.
Samonkin qeyd edib ki, İran Avropa bürokratiyasının Ukraynada tutduğu mövqeni nəzərə alaraq onlara etibar etmir və belə şəxslərin danışıqlarda iştirakı məqsədəuyğun sayılmayıb.
Onun fikrincə, Avropa İttifaqına üzv ölkələrin liderləri daha çox danışıqlara açıqdır, çünki Hörmüz boğazının bloklanması onların iqtisadiyyatına ciddi təsir göstərir.
Ekspert əlavə edib ki, Rütte və fon der Lyayenin danışıqlarda iştirakı yalnız proatlantik və daha sərt gündəmin irəli sürülməsinə səbəb ola bilərdi və bu da vəziyyəti daha da gərginləşdirərdi.