İran nüvə proqramını 5 il dayandırmağa hazırdır
The New York Times qəzetinin İran və ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, İran ABŞ-a nüvə proqramından 5 il müddətinə imtina etməyə hazır olduğunu bildirib.
Mənbələrin sözlərinə görə, ABŞ Pakistan görüşü zamanı İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium təklif edib.
“Buna cavab olaraq İran yenidən nüvə fəaliyyətinin 5 ilədək dayandırılması təklifini irəli sürüb”, — deyə materialda bildirilir.
Qeyd olunur ki, oxşar təklif daha əvvəl fevral ayında keçirilən danışıqlarda da səsləndirilib. Həmin danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyata başlamaq qərarı verib.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton gələcəkdə İranın bütün zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməsində israr edir.