ABŞ və İran Pakistanda danışıqlara başladı - Tramp təsdiqlədi
ABŞ və İran arasında Pakistanda danışıqlar rəsmi olaraq başlayıb, bunu Ağ Evin rəhbəri Donald Tramp bildirib.
Daha əvvəl Donald Tramp Tehranla danışıqlar başlamazdan öncə “yaxşı razılaşma” üçün əsas şərti açıqlayıb. Jurnalistlərin suallarını cavablandıran ABŞ lideri bildirib ki, Vaşinqtonun əsas tələbi İranın nüvə silahının hazırlanması və əldə edilməsindən imtina etməsidir.
Eyni zamanda İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bəyan edib ki, Tehran ABŞ-la danışıqlara “tam etimadsızlıq” şəraitində daxil olur. İran diplomatiyasının rəhbəri bu mövqenin səbəbi kimi Vaşinqtonun öhdəlikləri dəfələrlə pozmasını göstərib.