İran və ABŞ nümayəndə heyətləri İslamabada çatdı, İran mediası yazır
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ nümayəndələri ilə mümkün danışıqlar üçün İslamabada gəlib, İran mediası xəbər verir.
İran mediasının yazdığına görə, Qalibafı xarici işlər naziri Abbas Araqçi, Müdafiə Şurasının katibi Əli Əhmədiyan, Mərkəzi Bankın rəhbəri və bir sıra deputatlar müşayiət edir.
Bildirilir ki, danışıqlar yalnız Amerika tərəfi Tehranın ilkin şərtlərini qəbul edəcəyi halda başlayacaq.
İran mənbələrinin məlumatına görə, İslamabada ABŞ nümayəndələri də gəlib, onların arasında vitse-prezident Cey Di Vens, həmçinin Stiv Uitkoff və Cared Kuşner də var.