Livan atəşkəs olmadan İsraillə danışıqlara getməyəcək
Livan hakimiyyəti atəşkəs olmadan İsraillə heç bir danışıqlar aparmayacağını bəyan edib.
Bu barədə CNN telekanalına açıqlama verən rəsmi nümayəndə bildirib.
“Atəş altında heç bir danışıqlar olmayacaq.”
Eyni mövqe L’Orient Le Jour qəzetində də əksini tapıb. Məlumata görə, Beyrut hesab edir ki, istənilən danışıqlardan əvvəl mütləq atəşkəs elan olunmalıdır.
Bundan əlavə, Livan tərəfi “Pakistan formulu” adlandırılan yanaşmanı dəstəkləyir.
Bu modelə əsasən, əvvəlcə iki həftəlik atəşkəs, daha sonra isə 72 saat ərzində danışıqlara başlanılması nəzərdə tutulur.