Atəşkəs pozuldu - İran İsraili günahlandırdı və Hörmüzü bağladı
İran İsrailin Livana endirdiyi zərbələrdən sonra cavab əməliyyatı keçirmək imkanını nəzərdən keçirir. Bu barədə Fars agentliyi anonim mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tehranda belə bir fikir güclənir ki, atəşkəs elan olunmasına baxmayaraq hücumların davam etməsi ya ABŞ-ın İsrailin baş naziri Benyamin Netanyahuya nəzarət edə bilmədiyini, ya da Vaşinqtonun bu hərəkətlərə razılıq verdiyini göstərir. Bu səbəbdən İran hazırda İsrailin hərbi obyektlərinə qarşı çəkindirici əməliyyat variantını qiymətləndirir.
Tasnim agentliyinin məlumatına görə, İran İsrail atəşkəsi pozaraq Livana hücumları davam etdirərsə, sülh razılaşmasından çıxa bilər.
Eyni zamanda, İsrailin Livana zərbələrindən sonra İran Hörmüz boğazını bağlayıb. Boğazdan keçməyə başlayan neft tankerlərinin hərəkəti dayandırılıb.