İran Oracle-ın Dubaydakı data mərkəzinə zərbə endirdi
İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Oracle şirkətinin Dubayda yerləşən hesablama mərkəzinə zərbə endirib. Bu barədə TASS məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, iki Amerika şirkətinin məlumat mərkəzləri hədəf alınıb — Oracle Dubayda və Amazon Bəhreyndə.
“Biz iki Amerika şirkətinin data mərkəzlərinə zərbə endirdik — Oracle Dubayda və Amazon Bəhreyndə. Daha əvvəl xəbərdarlıq etmişdik ki, iranlıların öldürülməsinə cavab olaraq hərəkətlərimiz terror maşınının sıradan çıxarılmasına yönələcək.”