Rubio İrandakı müharibənin tezliklə başa çatacağını bildirib
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranda davam edən müharibə sona yaxınlaşır. O, bu barədə Parisdən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Rubionun sözlərinə görə, ABŞ-ın qarşıya qoyduğu hədəflər aydındır və onlara yaxın zamanda nail olunacağına əminlik var.
“Məqsədlərimiz aydındır və çox tezliklə onlara çatacağımıza əminik”
O əlavə edib ki, ABŞ-ın İrandakı hərbi əməliyyatı planlaşdırılandan daha sürətlə irəliləyir və prosesin bir neçə həftə ərzində başa çata biləcəyi gözlənilir.