İranda zavoda hücum nəticəsində 15 nəfər öldü
İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində zavoda raket zərbəsi endirilib, nəticədə ən azı 15 nəfər həlak olub.
Bu barədə Fars agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum sənaye müəssisəsinə edilib. Məlumata görə, həmin müəssisə soyutma və isitmə avadanlıqlarının istehsalı üzrə ixtisaslaşıb.
Hadisə nəticəsində bir neçə nəfərin də yaralandığı qeyd olunur.